Ermənistan parlamenti prezidentin istefasını qəbul edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan parlamenti ölkə prezidenti Armen Sarkisyanın istefasını qəbil edib.

Trend-in Ermənistan KİV-inə istinadən məlumatına görə, istefa müraciətini parlamentin spikeri Alen Simonyan imzalayıb.

Sənədə əsasən, bu gündən etibarən Ermənistan prezidentinin səlahiyyət müddəti başa çatmış hesab olunur.

Qeyd edək, A.Sarkisyan yanvarın 23-də səlahiyyət azlığını əsas gətirərək istefa ərizəsi yazıb.