Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi ilə bağlı qanun layihəsi hələ hazırlanma mərhələsindədir, dövriyyəyə buraxılmayıb.
AzerTimes xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Armen Sərkisyan deyib.
Sərkisyanın sözlərinə görə, qadınlar üçün hərbi xidmət yalnız könüllü olacaq:
“Bəzi hüquqi prosedurlardan keçdikdən sonra qanun layihəsi ictimaiyyətə təqdim olunacaq və bütün maraqlı tərəflər öz fikirlərini bildirmək imkanı əldə edəcəklər. Artıq təxmini layihəmiz var, lakin konkret danışmaq hələ tezdir”, – o bildirib.