Ermənistan öhdəlikləri icra etsə… – Çavuşoğlu

Ermənistan öhdəlikləri icra etsə… – Çavuşoğlu

Azərbaycanla imzaladığı razılaşmalara əsasən, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etsə, bölgədə vacib aktorlardan biri olacaq.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Xəzər dənizi bölgəsindən keçən Şərq-Qərb nəqliyyat dəhlizini reallaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasına böyük sərmayələr qoyulub:

“Bu layihədə Mərkəzi Asiya ölkələri, Türkiyə, Azərbaycan və Gürcüstan iştirak edir. Ermənistan Azərbaycanla imzaladıqları razılaşamaları həyata keçirərsə, bu layihəyə qatıla bilər”.

Teqlər: