Ermənistan MN əlavə vəsait alır

Ermənistan MN əlavə vəsait alır

Ermənistan Müdafiə Nazirliyi 11 milyard dram (təxminən 28 milyon dollar) məbləğində əlavə vəsait alacaq.

AzerTimes xəbər verir ki, bu barədə qərar dekabrın 22-də hökumətin iclasında qəbul edilib.

Qeyd edilir ki, vəsaitlər “Hərbi ehtiyacların ödənilməsi” bölməsinin “Digər xərclər” maddəsi üzrə veriləcək.

Xatırladaq ki, Ermənistanın 2022-ci il üçün müdafiə büdcəsi təxminən 945 milyon dollar nəzərdə tutulub və il ərzində bir neçə dəfə artırılıb.

2023-cü il üçün bu, 506 milyard dram (təxminən 1 milyard 280 milyon dollar) və ya 2022-ci il üçün plandan 35% yüksək olaraq müəyyən edilib.

Teqlər: