Ermənistan MN elan etdi: Aşağı Əskiparada partlayış…

Ermənistan MN elan etdi: Aşağı Əskiparada partlayış…

Aprelin 22-də saat 20:10-dan 20:30-a kimi Əskipara(Voskepar)-Aşağı Əskipara ərazisində, çayın sol hissəsində və Bağanis Ayrımdan 750 m şimal-şərqdə minatəmizləmə işləri çərçivəsində partlayış baş verəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

“Qonşu ərazidə yaşayan sakinlərdən panikaya düşməmələri xahiş olunur”, – məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qayıtması qərarı veriləndən sonra Ermənistan MN ərazidə minatəmizləmə işləri aparır və postlarını sökür.

Teqlər: