Ermənistan MN-də daha bir təyinat oldu

Ermənistan MN-də daha bir təyinat oldu

Hamlet Levonyan sülhməramlı qüvvələrin briqadasının komandiri təyin edilib.

AzerTimes erməni mediasına istinadla xəbər verir ki, bu barədə sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçatryanın Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında imzalayıb.

Qeyd edək ki, bu gün general-mayor Artak Budaqyan Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna rəhbər təyin edilib. Həmçinin V.Sərkisyan adına Hərbi Akademiyanın rəisi, polkovnik Artur Yeroyan Baş Qərargah rəisinin müavini vəzifəsinə gətirilib.

Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Kamo Koçuntsu isə vəzifəsindən azad edilib.

Teqlər: