Ermənistan MN atış kurslarına başlayır, qadınları toplayır

Ermənistan MN atış kurslarına başlayır, qadınları toplayır

Ermənistan Müdafiə Nazirliyi hərbi xidmətdə olmayan vətəndaşlar üçün pulsuz atıcılıq kursları təşkil edir.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, kursda atışın nəzəriyyəsi, həmçinin döyüş silahı ilə praktik məşğələ keçilir.

İrəvan sakinləri üçün kursa qeydiyyat 17-30 oktyabrda olacaq.

Kursda qadınlara üstünlük veriləcəyi elan edilib.

Növbəti mərhələdə kurs Ermənistanın digər rayonlarını əhatə edəcək. Pulsuz kurs şənbə və bazar günləri keçiriləcək. Kurs keçənlər pulsuz qidalanma ilə də təmin olunacaqlar.

Teqlər: