Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib

İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı
intihar edib.

Trend bu barədə Ermənistan KİV-lərinə istinadən məlumat
verir.

Qeyd olunur ki, mayın 19-da səhər saatlarında polisə yaşayış
binasının həyətində kişi meyitinin tapılması barədə məlumat daxil
olub.

Araşdırmalar nəticəsində onun 32 yaşlı təhlükəsizlik xidməti
kapitanı olduğu müəyyən edilib.

Həmin şəxsin özünü altıncı mərtəbədən ataraq intihar etdiyi
deyilir.