Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzitin sadələşdirilməsi üzrə saziş layihəsinin imzalanması gözlənilir

Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzitin
sadələşdirilməsi üzrə sazişin layihəsinin imzalanması
gözlənilir.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük
Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin
Asanlaşdırılması Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov “Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf
perspektivləri” mövzusunda konfans zamanı deyib.

Onun sözlərinə görə, bu layihə hələ 2016-cı ildə Azərbaycan,
Gürcüstan və Qazaxıstanın gömrük xidmətləri tərəfindən Asiya
İnkişaf Bankının dəstəyi ilə hazırlanıb.

“Bu saziş Azərbaycanla Gürcüstan arasında imzalanıb.
Qazaxıstanla da sazişin imzalanması gözlənilir. Həmçinin, bu
sistemin Gürcüstan tərəfindən 2023-cü il yanvarın 1-də işə
salınması planlaşdırılır”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: