Ermənistan küçə döyüşlərinə hazırlaşmalıdır – Gevondyan

Ermənistan küçə döyüşlərinə hazırlaşmalıdır – Gevondyan

Qərb Rusiyaya qarşı kifayət qədər açıq oynayır, təkcə Ukrayna üzərindən deyil, Ermənistan üzərindən də.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.

“Burada sual “yaxşı” və ya “pis” tərəfdə deyil, güc balansındadır. Əgər Ermənistan üçün nəticələrdən danışsaq, o zaman Ukraynada indi baş verən proseslər burada da əksini tapacaq. Ermənistan küçə döyüşlərinə hazırlaşmalıdır, çünki proseslər eskalasiyanın azaldılması və kommunikasiya imkanlarının artırılması istiqamətində getmir. Əksinə, Ermənistan öz addımları və davranışları ilə vəziyyəti daha da gərginləşdirir”, – o bildirib.

Gevondyan bu şəraitdə hakimiyyəti üzməyi bilmədən bir gəmidən digərinə keçmək istəyənlə müqayisə edib:

“Bu gün bizdə konkret ölkələrin hərbçilərinin iştirakı ilə küçə döyüşlərinin olmaması Ermənistan-Rusiya hərbi əməkdaşlığının nəticəsidir. Hakimiyyətin strateji savadsızlığı ona gətirib çıxarır ki, Rusiya ilə Qərb arasında toqquşma Ermənistan ərazisində baş verəcək”.

Teqlər: