Ermənistan komandası darmadağın edildi

Ermənistan komandası darmadağın edildi

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

AzerTimes-ın məlumatına görə, son oyun günündə də 5 görüş keçirilib.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu “Qarabağ” Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə edib, Nroveçin “Budyo Qlimt” komandası isə Litva “Jalgiris”nin qapısından 5 cavabsız top keçirib.

Bundan başqa, Hayfa “Makkabi”si İsraildə Kipr “Apollon”unu 4:0, “Srvena Zvezda” isə Serbiyada Ermənistan “Pünik”ini 5:0 hesabı ilə darmadağın edib.

Kiyev “Dinamo”su isə Polşada Avstriyanın “Şturm” klubuna minimal hesabla qalib gəlib.

Teqlər: