Ermənistan Hindistandan “Pinaka” raketi alır

Ermənistan Hindistandan “Pinaka” raketi alır

Ermənistan Hindistanın müdafiə şirkəti “Solar Group”dan “Pinaka” raketlərinin alınması üçün sifariş verib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin rəhbəri Satyanarayan Nuval deyib.

“Təkmilləşdirilmiş “Pinaka” raket buraxılış qurğularının xidmət müddəti və mənzili demək olar ki, eyni qiymətə baxmayaraq, əvvəlki versiyalarından daha uzundur. Biz Ermənistandan ixrac sifarişi almışıq, iki il ərzində icra edilməlidir”, – deyə o bildirib.

Qeyd olunur ki, Hindistan bundan əvvəl Ermənistana silahların yerini müəyyən edən “Svathi”radarı satmışdı.

Teqlər: