Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi – Koçaryan

Xəbər - Orxan Nəbiyev – Trend:

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistan hakimiyyəti diz çökməli və xalq qarşısında üzr istəməli idi.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

O bildirib ki, həmin bəyanat Ermənistan tərəfinin xoşuna gəlmir:

“Amma daha yaxşı saziş əldə etmək üçün müharibələri udmaq, ya da heç olmasa uduzmamaq lazımdır. Noyabrın 10-da Ermənistan hakimiyyəti diz çökməli, xalqdan üzr istəməli və ləyaqəti olsa idi, özünü güllələməli idi”.

Teqlər: