Ermənistan faş olub, dünya artıq onun əsl simasını görür – TƏHLİL

Özgə malına göz tikən malsız-davarsız qalar, deyib atalar. Ermənistanın hazırkı durumunu da məhz bu cür təsvir etmək olar. Tarixən özgə malına, özgə torpağına, özgə çörəyinə göz dikdilər. Əllərinə keçər-keçməz tükətdilər, dağıtdılar, yağmaladılar. Eynilə Qarabağı taladıqları kimi…

Ermənilər heç bir zaman bu torpaqlarda daimi yaşamaq, məskunlaşmaq fikrində olmayıblar. Elə bu səbəbdən də yalnız zaman-zaman müxtəlif ölkələrdən terrorçu ailələr, qaçaq və quldur dəstələr məqsədyönlü şəkildə bu torpaqlara köçürülüb.

Azərbaycan II Qarabağ müharibəsində möhtəşəm qələbəsi ilə Ermənistanın bu naqis siyasətini tam çılpaqlığı ilə bütün dünyanın gözü özünə sərdi. Artıq “erməni” adı gələndə dünya xalqlarında qeyri-ixtiyari ürpənmə hissi yaranır. Yalançı, soyğunçu, qaniçən, qəddar və vandal kimi qeyri-insani davranışlar bir arada təsəvvürə gəlir.

Ermənistan üzləşdiyi bu reallıqla hələ çox usanacaq, utanacaq və ən nəhayət sarsılacaq. Çünki bu günə qədər erməni diasporunun saxta əməlləri, yaratdığı miflər də faş olub. Bir dövlət kimi daxili sütunları çökən Ermənistanın artıq beynəlxalq dayaqları da yoxdur. Nə etibar ediləcək bir diaspor var, nə də qapısını döyəcək bir ölkə. Səbəb ortadadır, Ermənistan məğlubdur və bu məğlubiyyətə də namərdliklə düçar oldu…

İşağal etdikləri torpaqlarda azərbaycanlılara məxsus tarixi, dini abidələri dağıtmaq, qəbir daşlarını söküb aparmaq, qızıl diş tapmaq ehtimalı ilə kobud dildə desək, gor eşmək ermənilərin namərdliyinin əsl simasıdır. Və sevindirici haldır ki, bu gün dünya bütün bunları yerindəcə öz gözləri ilə görür. Yəni artıq Ermənistanın və ermənilərin “burcutmaq” şansları yoxdur. Çünki, Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri, eləcə də xarici ekspertlər zaman-zaman işğaldan azad olunan bu torpaqlara səfərlər edir, erməni vəhşilini, vandallığını bizzat gözləri ilə görürlər.

Belə səfərlərin biri ötən həftə sonu da gerçəkləşdi. Diplomatlar Cəbrayıl və Zəngilanda oldular. Səfər çərçivəsində onların bir çoxu öz acı təəssüratlarını yerli media ilə bölüşdü. Təkcə birinin – Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebicin viran qalmış Cəbrayıl şəhəri barədə fikirlərinə diqqət edək: “Burada bəzi səhnələr çox ağrılıdır. Xüsusilə, qəbiristanlığın tamamilə dağıdılmasını görmək kifayət qədər ağrılı bir səhnədir. Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha bu cür mənzərələri yaşamamalıyıq”.

Bu ifadələr bir səfirin timsalında bir ölkənin mövqeyidir. Bir ölkənin mövqeyi Ermənistanın beynəlxalq dayaqlarından daha birinin sınması deməkdir. Yüzlərlə belə mövqe isə elə də böyük olmayan dünyamızda Ermənistanın onsuz da aşağı olan beynəlxalq nüfuzunun tamamilə sarsılması anlamına gəlir. Necə ki, ölkə hazırda həm də bu sarsıntının hüznünü yaşayır.

Erməni siyasətçilər isə bunu baş nazir Nikol Paşinyanın məğlubiyyəti və reytinqi ilə əlaqələndirir. Politoloq Qagik Qambaryanın məhz bu məsələ ilə bağlı söylədiklərinə diqqət çəkək: “Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi təkcə daxildə deyil, xarici arenada da əhəmiyyətli dərəcədə aşağı düşüb. Bəs, iqtidar tərəfdarları başqa nə fikirləşməlidir ki? Bəlkə düşünürlər ki, Azərbaycana 12 min kvadratmetri təslim edən bir adamı ermənilər bağırlarına basacaq? Əgər erməni xalqı gələcək seçkilərdə də təslimiyyətçi rəhbərlərinə səs verəcəklərsə, bu deməkdir ki, artıq onların müstəqil bir dövlətə haqları yoxdur. Çünki Ermənistanda baş verənlər artıq gülünc janra çevrilir. Harada görünüb ki, kapitulyasiyaya imza atan adam öz postunda qalmaq istəsin”.

Ekspert onu da əlavə edib ki, Paşinyan daxildə hər hansı formatda ölkəyə rəhbərliyi davam etdirə bilsə də, xarici siyasətdə heç bir şey alınmayacaq. Çünki Nikol Paşinyan xarici siyasətdə əsl “qovulmuş” vəziyyətdədir. “Baxın Qazaxıstanda o, yalnız ölkənin baş naziri ilə görüşə bildi. Başqa yüksək səviyyəli görüşlər keçirilmədi. Çünki heç kim bu cür rəhbərlə üz-üzə gəlmək istəmir. Ermənistanı beynəlxalq arenada da sayan yoxdur” – deyə politoloq bildirir.

Belə, görünən dağa nə bələdçi?! Lakin iş ondadır ki, Ermənistanın dağı o dağdan deyil!

Elgün MƏNSİMOV
Trend

Teqlər: