Ermənistan ərazisi 29,8 min kv.km deyil – Paşinyan

Ermənistan ərazisi 29,8 min kv.km deyil – Paşinyan

Danışıqlar masasında baş verənlərlə bağlı çox şey açmayacam, çünki onsuz da danışıqlar otağında atmosfer çox müsbət deyil və şərhlər mövcud potensialı azalda bilər.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“29.800 kvadrat kilometrə aid olan bir epizoddan danışacağam. Danışıqlar bir-birinin ərazi bütövlüyünü tanımaq zərurətini gündəmə gətirəndə Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını və heç bir ərazi iddiası olmadığını bəyan etdi. Niyə söhbətlər davam edir? Bir sadə səbəbə görə. Brüsseldəki danışıqlarda belə bir sual yarandı: Azərbaycan Ermənistanın ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutur? Ermənistan Azərbaycanın ərazi bütövlüyündən danışanda nəyi nəzərdə tutur? O cümlədən, Azərbaycan tərəfi Ermənistanın dövlət orqanlarının internet saytlarında Ermənistanın ərazisinin 29 800 kvadrat kilometrdən az – 29 743 göstərilməsinə diqqətimizi çəkib. Eyni şey Azərbaycana da aiddir, rəqəm yuvarlaqlaşdırılıb. Məhz bu rəqəmlərlə bağlı aparılan müzakirələrə görə müəyyən gərginliklər yaranıb”, – Paşinyan bildirib.

Teqlər: