Ermənistan ehtiyatda olan zabitləri orduya çağırır

Ermənistan ehtiyatda olan zabitləri orduya çağırır

Ermənistan hökuməti 2022-ci ildə ehtiyatda olan zabitlərin icbari hərbi xidmətə çağırılması və tərxis olunması barədə qərar qəbul edib.

AzerTimes xəbər verir ki, Ermənistan hökuməti məlumat yayıb.

Çağırış 26 dekabr 2022-ci il tarixindən 20 fevral 2023-cü ilə qədər həyata keçiriləcək.

Qərar ordunun yaşı 35-dən aşağı olan kişi həkimlərinə aiddir. Xidmət müddəti iki ildir.

Teqlər: