Ermənistan daha nə istəyir? – Lukaşenko

Ermənistan daha nə istəyir? – Lukaşenko

Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın vasitəçiliyi kifayətdir.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla görüşdə deyib.

Qeyd edilir ki, o, KTMT-nin İrəvanla Bakı arasındakı münaqişəyə cəlb etmək cəhdlərindən qəzəblənib.

“Rusiya artıq Ermənistanla Azərbaycan arasında vəziyyətin həllində vasitəçidir. Müharibə başa çatıb. Onun necə başa çatdığı da aydındır. Bu, normadır, klassikdir. Tərəflər qərara gəliblər ki, onlara vasitəçi lazımdır. Vasitəçi təbii ki, Rusiyadır. Rusiya ora minlərlə insan göndərib. Putinin dediyi kimi, rus sərhədçiləri sərhədin bütün hissələrindədir – Ermənistanın Türkiyə, İran və Azərbaycan olan bütün sərhədlərində. Yaxşı, başqa nə lazımdır? Bu istiqamətdə işləyirlər. Mən boş yerə demədim ki, oyun gedir. Başa düşürəm ki, hansı oyundur, Avropa Birliyini, ATƏT-i ora niyə sürükləyiblər. Əgər orda artıq vasitəçi varsa, onlar nəyə lazmdır?” – Lukaşenko söyləyib.

Teqlər: