Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıların həyatına son qoymaqda davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi X hesabında paylaşım edib.
Bildirilib ki, bu gün Tərtərdə mina partlaması nəticəsində daha bir azərbaycanlı mülki şəxs həlak olub.
“44 günlük müharibənin bitməsindən sonra mina qurbanlarının sayı 330-a çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir”, – qeyd olunub.