Ermənistan bu vəziyyətin nəticələrini çəkəcək – Ərdoğan

Ermənistan bu vəziyyətin nəticələrini çəkəcək – Ərdoğan

Hər zaman Azərbaycanın yanındayıq. Ermənistanın etdikləri qəbuledilməzdir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ermənistanla Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab edirik. Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələrini çəkəcək. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm”, – Ərdoğan qeyd edib.

Teqlər: