Nikol Paşinyanın intihar siyasəti öz bəhrəsini verməkdədir.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu RT-nin baş redaktoru Marqarita Simonyan deyib.
“Ermənistan gəncləri nə etməlidir? Başa düşməlidirlər ki, Paşinyan satqındır, o, Ermənistanı tam məhvə aparır”, – M.Simonyan deyib.
RT-nin baş redaktoru Qarabağın “itirilməsini” xatırladıb və Ermənistanı da eyni aqibətin gözlədiyini bildirib:
“Beş ildən sonra Ermənistan da mövcud olmayacaq”.