Ərdoğan Şahbaz Şərifi təbrik etdi

Ərdoğan Şahbaz Şərifi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu baş nazir seçilməsi münasibətilə təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığında Türkiyə-Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Xatırladaq ki, martın 3-də Şahbaz Şərif Pakistanın baş naziri seçilib.

Teqlər: