Ermənistan bu ölkələr arasında bölünəcək – Gevondyan

Ermənistan bu ölkələr arasında bölünəcək – Gevondyan

Paşinyanın sayəsində Ermənistan region dövlətlərinə qarşı alətə çevrilib və bu, gələcək üçün daha pis proqnozlara əsas verir. Çünki Ermənistan həm siyasi, həm də ola bilsin, ərazi baxımından qonşu dövlətlər arasında bölünəcək. Bu da onların milli təhlükəsizliyinin maraqları ilə müəyyən ediləcək.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.

“Qərb təxribat törədəcək və təbii ki, uğursuzluğa düçar olub, kənara çəkiləcək. Bundan sonra erməni siyasiləri ənənəyə uyğun olaraq, düşüncə orqanının beyin olduğunu unudub taleyi söyməyə başlayacaq. Onlar yenə də anlamayacaqlar ki, beyindən maksimalizm çərçivəsində deyil, realizm çərçivəsində istifadə etmək lazımdır. Güman edirəm ki, Ermənistanın bəzi rayonları hansısa ölkə ilə birgə idarəyə keçəcək. Bundan əlavə, Ermənistanda ən azı daha bir xarici silahlı kontingent yerləşdiriləcək. Paşinyan Qərbi ruslarla qarşıdurmanı davam etdirmək üçün ölkəmizə dəvət edəndə Ermənistandan heç nə qalmayacağı aydın idi. Hazırki rəhbərlik Rusiya ilə qarşıdurma ilə yanaşı, Ermənistanı İrana qarşı əməliyyat meydanına da çevirir”, – o bildirib.

Teqlər: