Ermənistan bu ölkə ilə viza rejimini ləğv etdi

Ermənistan bu ölkə ilə viza rejimini ləğv etdi

Ermənistan və BƏƏ arasında iki ölkə vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı protokol imzalanıb.

AzerTimes xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Vaan Kostanyan X hesabında məlumat yayıb.

“Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın BƏƏ-yə rəsmi səfəri Ermənistan və BƏƏ vətəndaşları üçün vizasız rejim haqqında sazişin imzalanması ilə əlamətdar olub. Əvvəllər viza rejiminin liberallaşdırılması yalnız diplomatik pasport sahibləri üçün keçərli olub. İndi protokola əsasən, viza tələblərinin ləğvi ümumi pasportlu vətəndaşlara da şamil olunacaq”, – məlumatda bildirilib.

Qeyd olunur ki, protokol hər iki ölkə bütün daxili prosedurları yerinə yetirdikdən sonra qüvvəyə minəcək.

Teqlər: