Ermənistan baş prokuroru: Ölüm hökmü bərpa edilsin

Ermənistan baş prokuroru: Ölüm hökmü bərpa edilsin

44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə dövlətə xəyanət halları üzrə başlanmış cinayət işlərinin tədqiqi göstərir ki, Ermənistanda ölüm hökmü bərpa edilməlidir.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Baş prokuroru Artur Davtyan deyib.

“Konstitusiya İslahatları Şurasının sədrinə və Ermənistan ədliyyə nazirinə konstitusiya dəyişiklikləri çərçivəsində dövlətin təhlükəsizliyinə qarşı ən ağır cinayətlərə görə ölüm cəzasının tətbiqinə imkan verən konstitusiya, eləcə də hüquqi normaların müəyyən edilməsi məsələsini təklif edirəm”, – o bildirib.

Teqlər: