AFFA buna görə “Qarabağ”ı cərimələdi

AFFA buna görə “Qarabağ”ı cərimələdi

AFFA İntizam Komitəsi “Qarabağ” və “Qəbələ” klublarını 4000 manat məbləğində cərimələyib.

AzerTimes xəbər verir ki, buna hər iki komandanın azarkeşlərinin Premyer Liqanın IV tur oyununda kütləvi şəkildə təhqiramiz ifadələrə yol verməsi səbəb olub.

“Köhlən atlar”ın fanatları “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada, “qırmızı-qaralar”ın tərəfdarları isə “Sabah”a 0:2 hesabı ilə yenildikləri görüşdə təhqiramiz ifadələr işlədiblər.

Teqlər: