Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır.
Trend-in məlumatına görə, bunu Ermənistan prezidentliyinə namizəd Vaahn Xaçatryan yerli mətbuata müsahibəsində deyib.
Qeyd edək ki, V.Xaçatryanın namizədliyi hakim “Vətəndaş müqaviləsi” partiyası tərəfindən irəli sürülüb.
“Mən hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür. Ermənistan vətəndaşları başa düşməlidir ki, sülh həyat və inkişaf üçün yeganə variantdır”, – deyə prezidentliyə namizəd bildirib.
Ermənistanla Türkiyə arasında normallaşma prosesinə gəldikdə, V.Xaçatryan bu prosesə də müsbət yanaşdığını və onun davam etdirilməsinin zəruriliyini vurğulayıb.