Azərbaycan məhsullarının Macarıstana ixracının artırılması istiqamətində tədbirlər görülür – AQTA sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan məhsullarının Macarıstana ixracının artırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də digər dövlət qurumları ilə bərabər müvafiq tədbirlər görür.

AzerTimes-ın məlumatına görə, bunu AQTA sədri Qoşqar Təhməzli bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.

O qeyd edib ki, bu gün Agenlik ilə Macarıstan kənd təsərrüfatı nazirliyi arasında qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanacaq.

“İnanıram ki, bu sənəd iki ölkə arasında idxal-ixrac prosedurlarının sadələşdirilmsinə, kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artmasına mühüm töhfə verəcək”, – deyə Q.Təhməzli vurğulayıb.

Teqlər: