Ermənistan “Avroviziya” mahnısını türklərdən oğurlayıb? – Video

Ermənistan “Avroviziya” mahnısını türklərdən oğurlayıb? – Video

Ermənistanı “Avroviziya 2024” mahnı müsabiqəsində təmsil edəcək “Ladaniva” qrupunun yarışmada səsləndirəcəyi mahnı ilə bağlı plagiat iddiası yayılıb.

AzerTimes xəbər verir ki, Tiktok platformasında sözügedən mahnının musiqisinin 1976-cı ildə Türkiyədə yayımlanan “Süd qardaşlar” filmindəki musiqi ilə eyni olduğu bildirilib.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 mayda, final isə 11 mayda keçiriləcək.

Teqlər: