Ermənistan Avropa Birliyinə üzv olmaq istəyir

Ermənistan Avropa Birliyinə üzv olmaq istəyir

Ermənistan hakimiyyəti Avropa Birliyi (AB) ilə münasibətləri dərinləşdirmək niyyətindədir ki, ölkə gələcəkdə ittifaqa üzvlüyə namizəd ola bilsin.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Ermənistanın Avropaya inteqrasiya kursuna hazır olub-olmaması ilə bağlı suala o, belə cavab verib:

“Biz birmənalı hazırıq”.

Simonyanın sözlərinə görə, ölkə onu “maksimum təhlükəsizlik”lə təmin edəcək istiqamətdə hərəkət edəcək:

“Bu gün demokratiya ən böyük təhlükəsizlik sistemidir. Biz inanırıq ki, təhlükəsizliyimiz demokratik ölkə olmaqdan, demokratik sistemlə sıx işləməkdən keçir”.

Teqlər: