Ermənistan ATƏT-dən Azərbaycanla sərhədə müşahidəçi göndərməyi xahiş edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Mirzoyan eyni zamanda bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri tərəfindən də siyasi qiymət veriləcəyini gözləyir.