Erməninin çəkdiyi kadrlar: mülki evlər… – Video

Erməninin çəkdiyi kadrlar: mülki evlər… – Video

Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri çərçivəsində heç bir mülki insan, ev və infrastruktur hədəfə alınmır. Ermənilərin çəkdiyi döyüş videoları da bunu sübut edir.

AzerTimes xəbər verir ki, bununla bağlı erməni Teleqram kanallarında növbəti video paylaşılıb.

Video Xocavənddə yaşayan mülki erməni tərəfindən çəkilib. Videoda ətraf ərazidə döyüşlərin aparıldığı, amma Azərbaycan Ordusunun heç bir evə atəş açmadığı aydın şəkildə görünür. Sözügedən kadrlar Ermənistan tərəfinin yaydığı məlumatların dezinformasiya olduğunu, Azərbaycan Ordusunun beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinə ən yüksək səviyyədə əsas götürdüyünü nümayiş etdirir.

Teqlər: