Ermənilərin xəyanət üzərində qurulmuş “siyasi kursu” bu gün də “uğurla” davam etdirilir – Elçin Mirzəbəyli

Güclünün kölgəsində daldalanmaq, gücdən düşənin kürəyinə xəncər
saplamaq, xeyirxahlığın, mərhəmətin qarşılığında xüsusi amansızlıq,
qəddarlıq nümayiş etdirmək, özgənin malına, mülkünə, torpağına,
mədəniyyətinə, tarixinə göz dikmək və saymaqla bitməyəcək neçə-neçə
naqisliklər ermənilərin toplum olaraq xarakterlərinin əsas
cizgilərini təşkil edir. Bu tarix boyu belə olub və erməniliyin
etnosdan daha çox bir təşkilat olaraq, regionun siyasi səhnəsində
mövcud olduqları bütün dövrlərdə ermənilər onların saxta “məzlum”
obrazlarına aldanaraq, onları himayə edən, qoruyan bütün xalqlara
və dövlətlərə qarşı xəyanət ediblər.

Osmanlı İmperiyasında ermənilərə xüsusi münasibət
göstərilməsinə, onların təmsilçilərinə yüksək dövlət vəzifələrinin
etibar edilməsinə baxmayaraq, imperiyanın zəiflədiyini hiss edən
kimi, qarşı tərəfin – Antanda İttifaqının cinahına keçərək, indiki
Türkiyə ərazisində ağlasığmaz cinayətlər törətdilər. Ermənilərin
türklərə qarşı həyata keçirdikləri soyqırım siyasəti Anadoludan
Azərbaycana, Türküstandan (Orta Asiya) indiki Gürcüctan, İran
ərazilərinədək uzandı.

Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra bu
xəyanətkar tayfa yaranmış vəziyyətdə istifadə edərək, ilk zərbəni
Cənubi Qafqazın aborogen xalqlarının yaratdığı müstəqil dövlətlərə
– Azərbaycana və Gürcüstana vurdular. 1919-cu ildə Azərbaycan və
Gürcüstan arasında xarici təcavüzə qarşı qarşılıqlı hərbi yardım
haqqında müqavilənin imzalanmasına və Ermənistanın bir həftə
ərzində bu müqaviləyə qoşulacağını bəyan etməsinə baxmayaraq,
ermənilər yenidən öz xəyanətkar simalarını nümayiş etdirdilər və
müqaviləyə qoşulmadılar.

SSRİ-nin süqutu ərəfəsində də satqın, xəyanətkar ermənilər
Qərbin geosiyasi “qaşıq” funksiyasını icra edən erməni diasporunun
təşəbbüsü və iştirakı, eləcə də özləri qədər xəyanətkar Qorbaçov və
satqın ətrafının dəstəyi ilə yaranmış vəziyyətdən istifadə edib,
vaxtilə onlara qucaq açan Azərbaycanın torpaqlarını işğal etdilər.
Və daha sonra isə işğalı davam etdirmək üçün üzdə Rusiyaya, arxada
isə Qərbə sığınmaq, çoxüzlü siyasətlərini davam etdirmək yolunu
seçdilər. Hətta Yelsin Rusiyasının himayəsi ilə Azərbaycan
torpaqlarının işğalına rəhbərlik edən, işğal amili üzərindən
Ermənistanın rəhbərliyinə gətirilən, özlərini Kremlin sadiq
köpəkləri kimi təqdim edən Köçaryan və Sarkisyan kimiləri də
forpost ölkələrini imkan düşdükcə bazar piştaxtası üzərinə
çıxardılar.

Ermənilərin xəyanət üzərində qurulmuş “siyasi kursu” bu gün də
sözügedən ölkənin ayağısürüşkən rəhbərliyi tərəfindən “uğurla”
davam etdirilməkdədir. Rusiyanın güclü olduğu, yaxud təsir
bağışladığı zaman kəsiyində qürursuzluğun dibinə varan ermənilər,
“tarixi müttəfiqləri”nin Ukraynada qarşıladığı çətinliklərdən
qorxuya düşərək yenə də sağa-sola vurnuxur, “isti qucaq”
axtarırlar. Ötən ilin dekabrında NATO-nun Şimali Atlantika
Şurasının Brüsseldə keçirilən toplantısına Azərbaycan və
Gürcüstanla birlikdə dəvət alan Ermənistan rəhbərliyi Rusiyanın
qorxusundan tədbirdə iştirakdan imtina etdi. Baxmayaraq ki, Nikol
Paşinyan da həmin dövrdə Şərq Tərəfdaşığı sammitində iştirak etmək
üçün Brüsseldə səfərdə idi.

Amma daim açıq və müstəqil siyasət yürüdən, öz xalqının
maraqlarından çıxış edən Azərbaycan Prezidenti həm Şimali Atlantika
Şurasının toplantısına iştirak və çıxış etdi, həm də NATO Baş
katibi Stoltenberq ilə görüşdü. NATO-nun ali orqanı olan Şimali
Atlantika Şurasında çıxış etdi. NATO-nun 30 üzv dövlətinin 20-dən
artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək
Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan
əməliyyatında iştirakını yüksək qiymətləndirdilər. Toplantının
yekun sənədində isə Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin
toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə NATO üzvü olan
dövlətlərin birmənalı dəstəyi ifadə olundu.

Həmin dövrdə NATO rəhbərliyi ilə üz-üzə gəlməyə belə qorxan,
bununla da Moskvanın “sadiq nökəri” olduğunu nümayiş etdirməyə
çalışan Nikol Paşinyan indi NATO ilə əlaqələləri bərpa etmək üçün
yollar axtarır. 44 günlük müharibə dövründə olduğu kimi yenə də
telefonun dəstəyi Nikol və komandasının üzvlərinin əlindən düşmür.
İndi də NATO-ya yol tapmaq üçün Gürcüstana yalvarırlar. Ermənistan
xarici işlər naziri Ararat Mirzəyanın Gürcüstan xarici işlər naziri
David Zakalianiyə telefon zənginin açıqlanan təfərrüatı da sübuta
yetirir ki, ermənilər ayaqlarını yenə də qaçaraq qoyublar. Siçovul
xislətləri yenə də özünü büruzə verməkdədir və yeni “gəmi”, yeni
ağa axtarışına çıxıblar. Amma yenə də xroniki hal almış
riyakarlıqlarını davam etdirir, ölkə ərazisini Suriyadan gələn və
Ukraynanı viran qoymaq üçün Ermənistana gətirilən muzdlular üçün
təlim düşərgəsinə çevriblər. İndi ermənilər bir tərəfdən Gürcüstan
vasitəsilə Qərbə yalmanmağa yol axtarır, Rusyanın təsir dairəsində
olmadıqlarını görüntüləməyə çalışır, digər tərəfdən isə müxtəlif
vasitələrlə qondarma “DNR” və “LNR”ə humanitar yardımlar
göndərirlər. Və bu simasızlıqlarına yenə də önəm verilməyəcəyini,
özlərini təkrar bu və ya digər qütbün istifadəsinə verə
biləcəklərini düşünürlər. Amma unudurlar ki, artıq həm regiondakı,
həm də dünyadakı reallıqlar dəyişib və Ermənistan istər Qərb,
istərsə də Rusiya üçün istifadəyə yararsız hala gəlib.

Elçin Mirzəbəyli

Siyasi şərhçi

Teqlər: