Ermənilərin uydurma soyqırım ifadəsi artıq tarixçilərin
araşdırmalı olduğu bir məsələdən çıxıb, beynəlxalq siyasət
səhnəsində göstərilən bir vəziyyətə çevrilib.
Bu barədə AzerTimes-ın
suallarını cavablandırarkən türkiyəli politoloq, Süleyman Dəmirəl
Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin müəllimi Prof. Dr.
Timuçin Kodaman deyib.
Onun sözlərinə görə, əgər Türkiyə beynəlxalq arenada güclü
olmasa, tarixi faktlarda bir önəm kəsb etmir.
“Tarixi faktlar cəhətdən türklərin ermənilərə qarşı soyqırım
törətmədiyi sadəcə ərazisində yaşayan bir qrupu yenə öz ərazisində
olan başqa yerə köçürdüyü sübut edilə bilər, lakin siyasi arenada
da bunu ifadə etmək gərəklidir. Çox sevincliyəm ki, İkinci Qarabağ
Müharibəsində beynəlxalq ictimaiyyət Azərbaycan əleyhinə çox danışa
bilmədi. Çünki Azərbaycanın partnyorları var idi. Lakin Türkiyə
bunu hazırkı zamana qədər bacara bilməyib. Amerika Birləşmiş
Ştatları ilə müttəfiqik lakin Fransa və ABŞ’dakı erməni lobbisinin
öhdəsindən gələ bilmə şansımız yoxdur. Fransa Xocalıda törədilən
qətliama “soyqırım” demir. Niyə? Çünki ermənilərin Fransada güclü
lobbisi var və Fransa səs vermələrdə ermənilərdən istifadə etmək
üçün onlarla münasibətləri yaxşı saxlayır. Tarixdə olan bir sıra
faktlar bunu deməyə əsas var ki türklər heç bir zaman soyqırım
etməyib. Bizə qarşı işlədilən bu ifadə tamamilə siyasidir. Qərb
ölkələri bir-birini bu cür ittiham etməz. Çünki ya yetəri qədər
cəsarətləri yoxdur,ya da bir birilərindən gözləntiləri var. Lakin
bu çərçivədə türkləri ittiham etmək qədər də asan bir şey yoxdu.
Bunun ən bariz səbəblərindən biri də xristian olmamağımızdır.
Ermənilər xristianların Qafqazdakı hissəsidir ki, bu da cəmi 200
illik bir tarixə sahibdir çünki ermənilər 1827-ci illərdə bu
ərazilərə yerləşməyə başlayıblar. İrəvan xanlığında, Türkiyənin
Şərqi Anadoluda edilən qətliamlardan öldürülən qadın və uşaqlardan
heç kəs bəhs etmir. Amma bunları tarixi olaraq sübut etməmiz
yetərli deyil, çünki bu artıq siyasi arenada təsdiqlənməlidir. Biz
bunun üçün çalışmalıyıq” -deyə o bildirib.