Ermənilərin orqan satışı cinayəti – Edilli məzarlığı

Ermənilərin orqan satışı cinayəti – Edilli məzarlığı

Bu, Edilli kəndində aşkar edilən 3-cü kütləvi məzarlıqdır. Onlar sanki bir eksperiment apararaq, əsirlərə xüsusi işgəncə veriblər. Hadisə şahidlərinin ifadələrindən də məlum olur ki, Edilli kəndində kənd arası yolların çəkilməsi üçün istifadə olunan daş döşənmələri əsirlərə daşıtdırıblar.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

“Ermənilər baş verənləri gizlədə bilməzlər. Ona görə ki, bu vəhşiliyin üzərindən çox vaxt keçməyib. Biz 90-cı illərin mətbuatına nəzər yetirsək, görərik ki, Ermənistan dünyada insan orqanlarının alveri sahəsində 1-ci yeri tuturdu. Ermənilər əsir götürülən uşaq və yeniyetmələrin orqanlarını satırdılar. Bunun üçün Laçın şəhərində səyyar tibb məntəqəsi hazırlamışdılar. Burada əsir götürülmüş insanların orqanlarının çıxarılması ilə məşğul idilər.

Basdırılan əsirlərin ayaqlarının bağlı halda işgəncələrlə öldürülməsi insanlıqdan kənar bir hərəkətdir. Ona görə də tapılan sümüklər, cəsədlər üzərində tədqiqat işləri və DNT analizi aparılır. Çox güman ki, biz yaxın gələcəkdə beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Azərbaycanın 4 mindən çox vətəndaşı itkin kimi qeydiyyatdadır. Düşünürəm ki, onların böyük əksəriyyəti eyni üsulla öldürülərək basdırılıb. Bu gün bizim ermənilərə tələbimiz kütləvi qəbirlərin siyahısını bizə vermələridir”, – Faiq İsmayılov bildirib.

Teqlər: