Ermənilərin Naxçıvan təxribatı: Arxasında bu ölkə durur

Ermənilərin Naxçıvan təxribatı: Arxasında bu ölkə durur

ABŞ-dan Ermənistana gələn bir qrup hərbi təlimatçı dünəndən etibarən fəaliyyətə başlayıb. Onların fəaliyyətləri birmənalı şəkildə Ermənistan ordusunu növbəti təxribatlara hazırlamaqdır.

Bu sözləri AzerTimes-a Naxçıvandakı mövqelərimizin atəşə tutulması barədə danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert Ermənistanın bununla gərginlik görüntüsü yaradaraq Azərbaycanı beynəlxalq aləmdə çətin vəziyyətə salmaq məqsədi güddüyünü qeyd edib:

“Martın 30-da Ermənistanın şərti sərhədə qoşun topladığını əks etdirən görüntülər yayılmışdı, ardınca isə Ordumuzun mövqelərinə hücum məqsədilə fortifikasiya qurğuları qurulduğu haqda MN fakt təqdim etdi. Həmçinin Ermənistan 1 apreldən ehtiyatda olan 5 min nəfərə yaxın hərbçini toplanışa cəlb edir. Naxçıvandakı mövqelərimizi atəşə tutan Ermənistan yeni eskalasiya, toqquşma yaratmaqla, AB və ABŞ-dan hərbi-siyasi dəstək almaq və ölkəmizə qarşı istifadə etmək istəyir”.

Ədalət Verdiyev təxribatların Paşinyan hökuməti üçün ağır nəticələrə səbəb olacağını vurğulayıb:

“İstənilən halda Ermənistanın kiminlə harda görüş təşkil etməsi (5 apreldə keçirilməsi gözlənilən Brüssel görüşü nəzərdə tutulur – red.) bizim üçün maraqlı deyil. Azərbaycan və Türkiyə olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Ermənistanın təxribat xarakterli fəaliyyətlərlə öz başına böyük bəlalar açacağı heç kimdə şübhə doğurmasın. Görünən odur ki, Ermənistan tarixi ərazilərimizdən bizə atəş açmağın məsuliyyətini tam dərk etmir. Əgər belə davam etsələr, Azərbaycan Ordusu profilaktik tədbirlər keçirə və Yerabluru genişləndirə bilər. Ermənistan özünü adekvat aparmalı, fəaliyyət və verilən açıqlamalara, bəyanatlara diqqət yetirilməlidir”.

Qeyd edək ki, dünən gecə saatlarında Ermənistan ordusu Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Naxçıvanın Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Teqlər: