Ermənilərin milli mətbəximizə “siçovul hücumu”

Ermənilərin milli mətbəximizə “siçovul hücumu”

Ermənilərin bizim və digər xalqların mədəniyyətlərinə təcavüzü onların xislətidir. Təəccüblənmirik, çünki qarşılaşdığımız ilk hadisə deyil. Təbliğat zəifliyimizdən fürsət kimi yararlanırlar. Mənim paxlavayla bağlı erməni nazirinə sərt cavabım da olub, bu haqda elmi məqaləm də var.

Bu sözləri AzerTimes-a açıqlamasında qida məsələləri üzrə ekspert, kulinariya mütəxəssisi Ağa Salamov sosial şəbəkələrdə yayılan xarici ölkə restoranlarında ermənilərin Azərbaycan, türk mətbəxinə aid olan yemək və şirniyyatları öz milli mətbəxləri kim təqdim etdiyi əks olunan fotolar haqda danışarkən deyib.

“Azərbaycan milli mətbəxi əsasən gec, çətin hazırlanan yemək və şirniyyatlardır. Birinci növbədə bizə lazım olan vətəndaşlarımızın milli mətbəximizi və milli dəyərlərimizi qorumasıdır. Üstünlüyü xarici, Avropa mətbəxinə verəndə, öz dəyərlərimizə sahib çıxmayanda, əlbəttə, bizim olana da kimsə yiyələnəcək. Digər ən önəmli məsələ isə təbliğ məsələsidir. Burada dövlət öz öhdəsinə düşəni edərək UNESKO-ya qədər milli mətbəximizi təqdim edib. Yaxud misal olaraq qeyri-hökumət təşkilatlarına ayrılan maliyə vəsaitini, festivallar keçirilməsinə dəstəyi göstərmək olar. Ancaq bunların hər birini xaricə təqdim etmək lazımdır. “Food blogger”lər çəkib sosial şəbəkələrdə təbliğat aparmalı, əcnəbilərin, turistlərin qonaq olduğu yerli və ya xaricdə otellərdə, univeristetlərdə milli mətbəx və mədəniyyətimizin əks olunduğu öndə gedən jurnallar, kulinariya kitabları olmalıdır ki, oxuyanlar, görənlər bu haqda nəsə araşdıra, öyrənə bilsin”, – Salamov bildirib.

Ekspert qeyd edib ki, bu, təkcə qida üzərində yox, digər milli irsimiz olan xalça, kəlağayı, saxsı qablar və s. mədəniyyət nümunələrimizin təbliği və təqdimi üçün də keçərlidir.

Teqlər: