Ermənilərin məhv edilən hərbi texnikaları – Yeni rəqəmlər

Ermənilərin məhv edilən hərbi texnikaları – Yeni rəqəmlər

Sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı Ermənistan tərəfinin məhv edilən hərbi texnikalarının sayı açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası, 3 KAMAZ, 1 URAL, 1UAZ, 3 mühəndis texnikası, 1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500 ədəd döyüş sursatı və həmçinin müyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib.

Teqlər: