Ermənilərin filmi Netfliksdə birinci oldu

Ermənilərin filmi Netfliksdə birinci oldu

Erməni prodüserlər Natali Kasabyan və Sev Oqanyanın “İtkin” (Missing) filmi “Netfliks” platformasında birinci olub.

AzerTimes xəbər verir ki, bu barədə Erməni Kino Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, film “Netfliks”ə mayın 20-də çıxıb və bir neçə gün ərzində Cennifer Lopezin “Ana” və Tom Henksin “Otto adlı adam” filmlərini geridə qoymağı bacarıb.

Qeyd edək ki, cəmi 7 milyon dollara çəkilən “İtkin” filmi ekranlara yanvar ayında çıxıb və indiyə kimi 45 milyon dollar qazanıb.

Teqlər: