Ermənilərdə dövlətçilik ənənəsi olmadığı üçün siyasi dialoq, müzakirə mədəniyyəti də yoxdur – Deputat

Xəbər - Çingiz Səfərli – Trend:

Ermənistan parlamentində son vaxtlar baş verənlərdə təəccüblü bir şey yoxdur. Bu, ermənilərdə bütün səviyyələrdə siyasi diskussiya, müzakirə mədəniyyətinin olmadığını təsdiq edir.

Bunu AzerTimes-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

O bildirib ki, siyasi dialoq mədəniyyətinin mövcudluğu isə birbaşa dövlət və dövlətçilik ənənəsi ilə bağlıdır:

“Ermənilərdə dövlətçilik ənənəsi olmadığı üçün siyasi dialoq, müzakirə mədəniyyəti də yoxdur. Ötən əsrin sonlarında parlamentdə terror aktının törədilməsi erməni cəmiyyətinin terrorçudan başqa bir tip hazırlamadığını bir daha göstərdi. Elə parlamentdə olan son əlbəyaxa, yumruq, təpik və butulka davası da… Belə ” mədəniyyət”ə malik olanlarla ikitərəfli problemləri müzakirə etmək üçün masa arxasında oturmaq çox çətindir. Hətta oturulsa belə, nəticə əldə etmək mümkün deyil. Hətta razılaşma əldə edilsə, onun dürüst həyata keçiriləcəyi şübhə altındadır. Bunu üçtərəfli bəyanatın yerinə yetirilməsi aydın şəkildə təsdiq edir”.

Twitter:@cingizsafarli

Teqlər: