Ermənilər vandalizm nümayiş etdirərək böyük dağıntılar törədiblər – Bosniyalı jurnalist

Xəbər - Humay Ağacanova – Trend:

Ermənilər tək Ağdamda yox, işğaldan azad olunmuş bütün ərazilərdə vandalizm nümayiş etdirərək böyük dağıntılar törədiblər.

AzerTimes-ın məlumatına görə, bu sözləri hazırda bir qrup xarici KİV nümayəndələri ilə Ağdamda səfərdə olan Bosniya və Herseqovinalı jurnalist Emir Morino bildirib.

Jurnalist qeyd edib ki, ötən günlər ərzində Füzuli və Cəbrayıl rayonlarına, Şuşa şəhərinə səfər ediblər: “Hazırda Ağdamdayıq və dağıdılmış məscidi görürük.1992-1995-ci illərdə Bosniyada olan müharibədə çəkiliş etmiş biri olaraq deyə bilərəm ki, eyni vandallıq, eyni vəhşilik burada da törədilib. Lakin buradakı dağıntıların miqyası daha böyükdür”.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri Azərbaycana mediatur çərçivəsində Ağdama səfər edib.

Səfər çərçivəsində qonaqlar Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionunu ziyarət edərək Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.

Bundan öncə Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Füzuli, Cəbrayıl rayonlarına, Şuşa şəhərinə və Gəncədə erməni terroru nəticəsində ballistik raket atılan əraziyə baş çəkiblər və oradakı vəziyyətlə tanış olublar.

Teqlər: