Ermənilər təsdiqlədi: Ordu bu istiqamətdə hərəkət edir

Ermənilər təsdiqlədi: Ordu bu istiqamətdə hərəkət edir

Az öncə Ermənistan ordusunun sərhədimizə qoşun yığması barədə yayılan məlumat və videonu erməni kanalları dolayısı ilə təsdiqləyib.

AzerTimes xəbər verir ki, “Erməni Hərbi Portalı” Teleqram kanalı görüntülərin Arazdəyən istiqamətində qeydə alındığını bildirib.

İddia edilib ki, guya birinci videoda qoşunların adi rotasiyası, ikincidə isə “sürücülərin təlimi”dir və heç də sərhədə qoşun yığılmır.

Qeyd edək ki, “sürücülərin təlimi” zamanı hərbi maşınlarda niyə əsgərlərin daşındığına aydınlıq gətirilməyib. Və ümumiyyətlə, “sürücülərin təlimi” niyə kütləvi, qoşqulu artilleriyanın daşınması və əsgərlərin daşınması ilə məhz sərhəddə həyata keçirilməlidir?

Halbuki “qoşunların yerdəyişməsi” və “təlim” adı ilə tanklar da daxil olmaqla, qoşqulu hərbi yük maşınlarının sərhədimizə doğru irəliləməsi açıq-aydın görünür.

Teqlər: