Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında yenidən nümayiş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Etirazçılar Rusiyanın Ermənistanın üzləşdiyi problemlərin həllində qeyri-aktiv olduğunu deyib.
“Milli-demokratik qütb” təşkilatının təşkil etdiyi mitinqdə 100-ə yaxın insan iştirak edib.