Ermənilər rus bazasının qarşısında aksiya keçirdilər

Ermənilər rus bazasının qarşısında aksiya keçirdilər

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında yenidən nümayiş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Etirazçılar Rusiyanın Ermənistanın üzləşdiyi problemlərin həllində qeyri-aktiv olduğunu deyib.

“Milli-demokratik qütb” təşkilatının təşkil etdiyi mitinqdə 100-ə yaxın insan iştirak edib.

Teqlər: