Belarus-Polşa sərhədində bir qrup miqrant polşalı sərhədçilərə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.
Bildirilib ki, Belarusdan Polşaya keçə bilməyən 20-yə yaxın aqressiv miqrant zabitlərə daş və digər sərt predmetlər atıblar.
Bildirilib ki, gün ərzində 28 miqrant Polşaya keçməyə uğursuz cəhd göstərib. Onlar əsasən Pakistan və Ermənistan vətəndaşlarıdır.