Ermənilər Ordubad rayonunun ərazisində raket partlatdı

Ermənilər Ordubad rayonunun ərazisində raket partlatdı

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən dünən (oktyabrın 15-də) saat 10:44-də atdığı əməliyyat-taktiki raketi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Qeyd edilir ki, dinc əhaliyə və mülki obyektlərə zərər dəyməyib.