Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən dünən (oktyabrın 15-də) saat 10:44-də atdığı əməliyyat-taktiki raketi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.
Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Qeyd edilir ki, dinc əhaliyə və mülki obyektlərə zərər dəyməyib.