Ermənilər ofisinə gəldi, Köçəryan gizləndi

Ermənilər ofisinə gəldi, Köçəryan gizləndi

Ermənistanda parlament binası önündə aksiya keçirən mitinqçilərdən bir qrupu ikinci prezident Robert Köçəryanla görüşmək üçün onun ofisinə gediblər.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, aksiyaçılar mövcud durumdan çıxmaq üçün Köçəryanla görüşüb, fikirlərini almaq istəyiblər. Ancaq Köçəryan onlarla görüşdən imtina edib.

Aksiyaçıları ofisin önündə Köçəryanın oğlu Levon qarşılayıb. Levon Köçəryan bildirib ki, görüşün təşkili üçün vaxt lazımdır:

“Bu gün görüş heç bir effekt verməyəcək. Sabah vətəndaşlarla necə və hansı formatda görüşün mümkün ola biləcəyi haqda informasiya veriləcək”.

Qeyd edək ki, politoloqlar Köçəryanın ölkənin mövcud durumdan çıxması üçün heç bir konsepsiyasının olmamasına görə vətəndaşların üzünə çıxmadığı haqda rəy bildiriblər.

Teqlər: