“Qarabağ”a afərin! – “Nant”ın çalışdırıcısı

“Qarabağ”a afərin! – “Nant”ın çalışdırıcısı

Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo.

AzerTimes xəbər verir ki, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kambuare Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bu nəticədən sonra istefa verməyəcəyini bildirib:

“Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Bizim Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm”.

Teqlər: