Ermənilər mövqelərimizi minaatanlardan atəşə tutdu

Ermənilər mövqelərimizi minaatanlardan atəşə tutdu

Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Bu barədə Axar/az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.

Teqlər: