Ermənilər Laçında ekskavatoru atəşə tutdu – Foto

Ermənilər Laçında ekskavatoru atəşə tutdu – Foto

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə AzerTimes-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Teqlər: